OD QUŞU İNCƏSƏNƏT KOLLEKSİYASI
Bu kolleksiya Parisdə dünyaya gəlib. Hələ yoldaykən düşüncələrim daim Dyaqilevin sehrli baletinə və Fransadakı “Rus mövsümləri”nin əzəmətinə qayıdırdı. Haradasa dərində, Odlu quşun xatirəsi yaşayırdı — uçuşumdan bir neçə həftə əvvəl yuxumda mənə görünmüşdü. Bütün bu obrazlar bir nağıla, qeyri-adi gözəlliyə malik bir görüntüyə — gələcək kolleksiyanın ələgəlməz ruhuna çevrildi. Pompidu Kitabxanasının sonsuz arxivlərində keçən saatlar və birdən, gözlənilməz bir uğur! Kiçik bir dağ kəndinin geyimləri haqqında kitab. Və budur — Naxçıvanın ənənəvi geyimində, İran səltənətinin mirasından süzülüb gələn Odlu quşun ta öz obrazı qarşımda canlandı. Və hər şey aydın oldu: bu motivi götürməli, ona yeni nəfəs verməli və günümüzə daşımalı idim. Böyük modelyer Azzedine Alaïanın silueti ilə Naxçıvanın sehrli geyimini birləşdirdim — və məhz beləcə, kolleksiya həyat tapdı.